Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb
YENİLƏNİB, FOTO/VİDEO

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizəyə başlayıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş ölkəyə göndərilib.

 

Fövqəladə Hallar Nazirliyindən Senzor.az-a bildirilib ki, artıq amfibiya təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatına başlayıb.

 

**09:28


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyi (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə çatıb.

 

Bu barədə Senzor.az-a FHN-dən məlumat verilib.

 

İzmir şəhəri Adnan Menderes Hava Limanında eniş edən təyyarə ən qısa müddətdə yanğınlarla mübarizə əməliyyatına başlayacaq.

 

**01:24


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə yola salınıb.

 

Senzor.az bildirir ki, eyni zamanda FHN-in müvafiq yanğın-xilasetmə qüvvələri də hazırlıq vəziyyətinə gətirilib. 

Qeyd edək ki, bundan bir az əvvəl FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin kapitanı Nizami Qəhrəmanov jurnalistlərə açqlamasında demişdi ki, sabah səhər saatlarında Türkiyədə meşə yanğınının söndürülməsinə dəstək verəcəklər: “Bildiyiniz kimi, qardaş Türkiyənin İzmir şəhərində meşə yanğınları baş verib. Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə yola düşür. Təxminən beş saat sonra təyyarəmiz İzmir hava limanında yerə enəcək. Səhər saatlarında yanğının söndürülməsinə dəstək verəcəyik”.

 

**21:51(17.08.2024)



Azərbaycanın göndərdiyi yanğınsöndürmə təyyarəsi saat 23.00-da Adnan Menderes hava limanına enəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı deyib.

 

Nazir qeyd edib ki, gün ərzində daha 3 meşə yanğını baş verib. Hazırda 8 yanğının söndürülməsi davam edir, onlardan 4-ü artıq lokallaşdırılıb.

 

"Güclü küləyə baxmayaraq, yanğınla mübarizə 3 gündür davam edir. İzmirin Yamanlar rayonunda 3 təyyarə və 15 helikopter meşə yanğınlarının söndürülməsi ilə məşğuldur”, - nazir vurğulayıb.

 

İzmir şəhərinin Menderes rayonunda baş verən yanğının enerji ötürücü xəttindən qaynaqlandığı müəyyən edilib.

 

“Qapalı ərazilərin kənarında od yandırmaq olmaz”, - nazir xəbərdarlıq edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.