Fövqəladə Hallar Nazirliyinə (FHN) Astara rayonunda nəzarətsiz ərazidə dənizdə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Bu barədə Senzor.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan Astara rayonu Kjəbə qəsəbə sakini, 1995-ci il təvəllüdlü Həsənzadə Şamxal İdrak oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.
Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırlatmış və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırmışdı.