Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilir.
Senzor.az bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Nazirlər Kabineti son 21 ildə ilk dəfə olaraq Ankaradan kənarda toplanıb.
Görüş Ahlat Prezident Sarayında keçirilir. İclasın əsas məsələsinin meşə yanğınlarının olduğu deyilir. İclasda həmçinin iqtisadiyyatdakı son inkişafların və antiterror əməliyyatlarının da müzakirə olunacağı bildirilib.
Qeyd edək ki, Ahlat Van gölünün şimal-qərbində Bitlis vilayətinin tərkibində yerləşən ilçədir.