Paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Senzor.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, hazırda:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);
3. Babək prospekti, mərkəz istiqamətində;
4. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
6. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;
7. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.