Vəfa Nağı saxlanılmaqla bağlı məlumatı təsdiqləyib.
Senzor.az bildirir ki, bu barədə o, Facebook səhifəsində yazıb.
Lakin onun sözlərinə görə, bir müddət sonra sərbəst buraxılıb.
Turan isə bildirib ki, V.Nağı ilə birlikdə onun vəkili Seymur Abbas və jurnalist Şəhla Kərim də sərbəst buraxılıblar.
**23:34
Milli Məclisə növbədənkənar seçkilərdə 70 saylı Neftçala dairəsindən deputatlığa namizəd olmuş Vəfa Nağının (Nağıyeva) saxlanıldığı bildirilir.
Turan xatırladır ki, V.Nağı bu gün günorta saatlarında 70 saylı Dairə Seçki Komissiyasının binasının qarşısında çadır qurub etiraz aksiyası keçirmişdi.
V.Nağı iddia edir ki, rayonda seçkinin nəticələri başqa deputatlığa namizədin xeyrinə saxtalaşdırılıb. Qeyd edək ki, onun 70 saylı dairədə rəqibləri Sevinc Ağayeva, Fərhad Baxışov, Qaraş Əliyev, Mircəlal Həmzəyev, Razim Kərimov, Susana Məmmədova, Qəhrəman Tahirov və Tənzilə Rüstəmxanlı idi. Artıq açıqlanmış ilkin nəticələrə görə, Tənzilə Rüstəmxanlı sözügedən dairədə 50.2% səslə liderdir...
Yaxınlarının məlumatına görə, axşam saatlarında oradan açılmış canlı efir zamanı o və hadisə yerində olan reportyor Şəhla Kərim saxlanılıblar.
Hazırda keçmiş namizədin və reportyorun harada olduqları məlum deyil.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan Turan-a bildirilib ki, Neftçalada Şəhla Kərim adda jurnalist saxlanılmayıb.