Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub - VİDEO

Dağıdıcı zəlzələlərdən zərər çəkən Türkiyənin Kahramanmaraş vilayətində Heydər Əliyev adına ibtidai məktəbin açılışı olub.

 

Senzor.az bildirir ki, açılış mərasimində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, onun türkiyəli həmkarı Yusuf Tekin və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov iştirak ediblər.

 

Emin Əmrullayev bildirib ki, Azərbaycan və Türkiyənin qardaşlığı sadəcə sözdə deyil, həm də əməldədir. O qeyd edib ki, iki ölkə hər zaman birlik nümayiş etdirib ki, bu da bütün Türk dünyasının güclənməsi üçün önəmlidir.

 

Nazir, həmçinin, məktəbin açılması ilə bağlı bütün şəhər sakinlərini təbrik edib: “Buradakı müəllimlərə, şagirdlərə uğurlar diləyirəm. İstərdim ki, Heydər Əliyev adına bu məktəb Azərbaycandakı bir məktəblə qardaşlaşsın və şagird mübadiləsi həyata keçirilsin”.

 

Daha ətraflı REAL TV-nin süjetində:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.