Əməkdar artist Rafiq İbrahimov dünyasını dəyişdi

Bakı Bələdiyyə Teatrının veteran aktyoru, Əməkdar artist Rafiq İbrahimov vəfat edib.

 

Senzor.az bildirir ki, R.İbrahimov 2 noyabr 1955-ci ildə anadan olub. 

 

Orta məktəb illərində Məmmədkamal Kazımovun rəhbərlik etdiyi Xalq Teatrına üzv olub. 1974-1978-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram, kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət Tədris Teatrında, Sumqayıt Dövlət Dram Teatrında fəaliyyət göstərib, pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı fənnini tədris edib. Yaradıcılıq Fondunun “Sönməyən ulduzlar” teatrında da çalışan, dublyaj ilə məşğul olan aktyorun yaradıcılığının əsas hissəsi Bakı Bələdiyyə Teatrı ilə bağlı olub.

 

1994-cü ildən Bakı Bələdiyyə Teatrında fəal çalışan Rafiq İbrahimov bir-birindən maraqlı obrazlar yaradıb.

 

Teatrın hazırladığı Nəriman Nərimanovun "Nadir şah" faciəsində Səlim xan, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" pyesində Fikrət, S.Rəşidinin "Mənim Ərdəbilim" əsərində Həşim ağa, O.Altunbayın "Tomris"ində Bagudar, F.Məmmədovun "Anasının gül balası"nda Şahmar, A.Məmmədovun "Dəli Domrul"unda Dədə Qorqud, N.Nərimanovun "Nadir şah"ında Səlimağa, N.Rəfibəylinin "Məhsəti"sində şah, Əmir Pəhləvanın "İnsan və İblis"ində İblis, A.Babayevin "Oğul"unda cani, C.Cabbarlının "Dönüş"ündə Zaman, C.Məmmədquluzadənin "Ölülər"ində Səlim ağa, N.Hikmətin "Domokl qılıncı"nda arxitektor, İ.Kərimovun "Xəyanətin Müsibəti"ndə Ömər, A.Qurbaninin "Türk sancağı"nda Məşədi Heydər və b. tamaşalarda maraqlı rollara imza atıb.

 

R.İbrahimov eyni zamanda kinoda da aktyor kimi müxtəlif səpkili obrazlar yaradıb.

 

“Ağ atlı oğlan”da polis işçisi (1995-ci il, tammetrajlı bədii film), “Hökmdarın taleyi”ndə (2008-ci il, tammetrajlı bədii film), “Sonuncu dərviş”də raykom nümayəndəsi (2009-cu il, tammetrajlı bədii film), “Dələduzlar”da şikayətçi (2014-cü il, tammetrajlı bədii film) və s. filmlərdə aktyorun oynadığı rollar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Bakı Bələdiyyə Teatrının rəhbərliyi və kollektivi Rafiq İbrahimovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

 

Allah rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.