İlin son Ay tutulması Azərbaycanda da müşahidə edilib - FOTO

Bu gün 2024-cü ilin sonuncu - ikinci Ay tutulması baş verib. Ay tutulması Bakı vaxtı ilə saat 04:41-də başlayıb, saat 08:47-də sona çatıb. Tutulmanın maksimum həddi isə saat 06:44-ə təsadüf edib.

 

Bunu Azərtac-a açıqlamasında Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aytac İsgəndərova deyib. 

Onun sözlərinə görə, 2024-cü il üçün ümumilikdə iki Günəş və iki Ay tutulması proqnozlaşdırılıb ki, artıq onlardan üçü geridə qalıb. İlin sonuncu Günəş tutulması isə oktyabrın 2-də olacaq.

 

“Bugünkü Ay tutulması ölkəmizdə də müşahidə olunub. Mart və aprel aylarında baş verən Ay və Günəş tutulmasını gözlə və teleskopla izləmək mümkün olmamışdı. Həmçinin oktyabrda baş verəcək tutulmanı da izləmək mümkün olmayacaq”, - deyə A.İsgəndərova əlavə edib.

 

Xatırladaq ki, Ay tutulmasını ölkəmizlə bərabər, Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərb regionlarında da müşahidə etmək mümkün olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.