Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) tanınmış simalarından biri, bir müddət partiyada sədr səlahiyyətlərini icra edən Fuad Muxtarov vəfat edib.
Senzor.az bildirir ki, bununla bağlı AMİP rəhbərliyi başsağlığı verib.
Başsağlığında deyilir:
“Dərin kədər hissi ilə bildiririk ki, bu gün Milli İstiqlalçılar ailəsinə ağır itki üz verib. Partiyanın veteranlarından biri, partiyanın inkişafında, təşkilatlanmasında, fəaliyyətində və beynəlxaq əlaqələrin inkişafında əvəzsiz xidmətləri olan əqidəli istiqlalçı, uzun illər ərzində AMİP-in Beynəlxalq məsələlər üzrə katibi, Partiyanın Baş Katibi və sədr əvəzi olaraq fəaliyyət göstərmiş AMİP Ali Məclisinin üzvü Fuad Muxtarov dünyasını dəyişib.
AMİP lideri Etibar Məmmədov, AMİP sədri, AMİP Ali Məclisi, Siyasi Şura, MİK və Mərkəzi Aparat adından Fuad müəllimin ailə üzvlərinə, yaxınlarına və bütün Milli İstiqlalçılara dərin hüznlə başsağlığı veririk.
Məkanı cənnət olsun”.
Qeyd edək ki, Fuad Muxtarov həm də uzun illər BBC-də politoloq olaraq fəaliyyət göstərib, müxtəlif televiziyalarda şərhçi kimi çıxış edib.
Allah rəhmət eləsin!