Türkiyənin Bitlis vilayətinin Tatvan rayonunda 4,5 bal gücündə zəlzələ olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ ocağı yerin 7 km dərinliyində olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.