Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub
FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun müşayiəti ilə Minskdə Azərbaycan Ticarət Evində olub.

 

Senzor.az bildirir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

 

Hökumət başçılarına Azərbaycan Ticarət Evinin fəaliyyəti barədə məlumat verilib, qonaqlar Azərbaycan şirkətlərinin istehsal etdiyi və Belarus bazarına çıxarılan müxtəlif növ məhsullarla tanış olublar.

 

Daha sonra Azərbaycanın Baş naziri Əli Əsədovun və Belarusun Baş naziri Roman Qolovçenkonun iştirakı ilə Azərbaycan Ticarət Evində Kəlbəcər “İstisu” mineral suyunun təqdimatı keçirilib.

 

Tədbir çərçivəsində Kəlbəcər "İstisu" mineral su zavodu və Belarus Respublikasında "Azərbaycan Ticarət Evi" MMC arasında əməkdaşlıq qurmaq məqsədi ilə niyyət protokolu imzalanıb.

 

Əsas məqsəd "İstisu" mineral su zavodunun məhsullarının Belarusda təşviqi və satışını təmin etməkdir. "Azərbaycan Ticarət Evi" MMC məhsulların bazarda mövqeləndirilməsi, marketinq fəaliyyəti və Belarusun hüquqi tələblərinə uyğunluq sahəsində köməklik göstərəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.