Vladimir Putin Moskvada Nikol Paşinyanla da ikitərəfli görüş keçirib
VİDEO

Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib.

 

Görüşün protokol hissəsində Putin və Paşinyan çıxış ediblər.

 

Rusiya Prezidenti çıxışında bildirib ki, Ermənistan baş naziri ilə ikitərəfli görüşdən əvvəl təkbətək görüş keçirib və iki ölkə arasındakı hazırki məsələləri müzakirə edib. Putin qeyd edib ki, müzakirələrə iqtisadi xarakterli məsələlərdən başlamaq daha məqsədəuyğundur. O, iki ölkə arasında ticarət iqtisadi əməkdaşlığın olduqca uğurlu inkişaf etdiyini, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin ötən il 7.4 mlrd dollar olduğunu, bu ilin ilk altı ayında bu göstəricinin 2.5 dəfə artdığını və 8.3 mlrd dolları ötdüyünü söyləyib.

 

" Əgər bu templə davam etsək, bu il ticarət dövriyyəmizin həcmi 14-16 mlrd dollar olacaq. Bu, rekord göstəricidir", - deyə Putin bildirib.

 

Paşinyan isə çıxışında son aylarda İrəvanla Moskva arasında aktiv siyasi dialoqun getdiyini söyləyib. Bildirib ki, Avrasiya İqtisadi İttifaqı çərçivəsində hökümət sədri Mixail Mişustinin İrəvana səfəri zamanı ikitərəfli əməkdaşlıq və Ermənistan-Rusiya gündəliyi məsələləri kifayət qədər məzmunlu müzakirə elunub: "Bu gün bu müzakirələri yekunlaşdırmaq üçün yaxşı fürsətdir".

 

Putin Paşinyanı Kazanda keçiriləcək BRICS sammitində növbəti ikitərəfli görüş keçirməyə dəvət edib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.