Bakı aeroportunda FHN-lə birgə yanğın təhlükəsizliyi üzrə xüsusi təlim keçirildi
VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportunda Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə yanğın təhlükəsizliyinin artırılması məqsədilə xüsusi təlim keçirilib. 

 

Senzor.az FHN-ə istinadən bildirir ki, ssenariyə əsasən, Bakı hava limanının sərnişin terminalları və parklanma ərazisində yanğın hadisəsi barədə şərti məlumat daxil olub. 

 

Bununla əlaqədar, dərhal əməliyyat simulyasiyası həyata keçirilib, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri addımlar atılıb. Təlimə “AZAL” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin xüsusi avadanlıqlarla təchiz edilmiş yanğınsöndürmə və xilasetmə qrupları, tibbi personalı və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti cəlb olunub.

 

Bundan əlavə, təlimlərdə aviasiya qəzası zamanı fövqəladə vəziyyətin aradan qaldırılması, yanğının söndürülməsi və hava gəmisindən sərnişinlərin təhlükəsiz şəkildə təxliyə olunması üzrə xüsusi əməliyyatlar da həyata keçirilib. Simulyasiyalar əsnasında bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib və qarşıya qoyulan məqsədlər tam şəkildə icra olunub.

 

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin təhlükəsizliyini daim prioritet tutur və bu kimi təlimlərin mütəmadi keçirilməsinə xüsusi diqqət yetirir. Bu tədbirlər, hava limanının fövqəladə hallara hazır olmasını təmin edərək, təhlükəsizliyin yüksək səviyyədə saxlanmasına töhfə verir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.