UEFA Avropa Liqası: "Qarabağ" - "Ayaks" matçının biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda keçiriləcək “Qarabağ” - “Ayaks” (Niderland) oyununun biletləri bu gün, saat 12:00-dan satışa çıxarılacaq.

 

Senzor.az klubun mətbuat xidmətinə istinadən bildirir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

 

Qeyd edək ki, oyunu stadiondan izləmək istəyənlər biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), "Qarabağ"ın "Park Bulvar"dakı Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər. 

 

"Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə 20:45-də başlayacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.