Bakıda Mikromaliyyə Konfransı keçirilir
FOTO

Bakıda “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Azərbaycan Mikromaliyyə Konfransı keçirilir.

 

Senzor.az bildirir ki, Konfransda Assosiasiyanın Müşahidə Şurasının sədri Cəlal Əliyev, icraçı direktoru Jalə Hacıyeva, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidenti Məmməd Musayev, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, Azərbaycan Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev, Asiya İnkişaf Bankının ölkə direktoru Sunniya Durrani-Camal, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev, Polşa Mikromaliyyə Mərkəzinin Müşahidə Şurasının sədri Arçil Bakuradze iştirak edirlər.

 

Tədbirdə "Mikromaliyyə mühiti: Azərbaycan və qlobal təcrübə", "Mikromaliyyə təşkilatlarında rəqəmsal transformasiya və texnologiyalar", Rəqəmsal mikromaliyyədə kibertəhlükəsizlik çağırışları", "Mikromaliyyədə risklərin idarəetməsi" və "Maliyyəyə çıxış imkanları: İnvestorların rolu və maliyyə inklüzivliyi landşaftı" mövzularına həsr olunan panel-müzakirələr keçiriləcək. Müzakirələrin məqsədi Azərbaycanda mikromaliyyənin mövcud vəziyyətini araşdırılmaq və onu qlobal tendensiyalarla müqayisə etmək, həmçinin rəqəmsal texnologiyaların mikromaliyyə əməliyyatlarına inteqrasiyasını və rəqəmsal mikromaliyyə landşaftında məlumat təhlükəsizliyinin təmin ermək, riskləri müəyyənləşdirmək, qiymətləndirmək və azaltmaq üçün həlli yolları müəyyən etmək və maliyyə inkiluzivliyinin formalaşmasına töhfə verməkdir.

 

Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında çıxış edib. Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı hazırda bank olmayan kredit təşkilatları üçün prudensial tənzimləmə normalarının yenilənməsi üzərində çalışır.

 

"Mikromaliyyələşdirmə modelinin formalaşdırılması bu sektorda fəaliyyət göstərən institutlara əlavə maliyyə xidmətləri göstərilməsi üçün imkanların yaradılmasını, eləcə də onların rəqabət qabiliyyətinin artırılmasını nəzərdə tutur. Şübhəsiz ki, bu təşəbbüslərin əsas məqsədi ölkəmizdə mikro və kiçik sahibkarlığın inkişafıdır. Qeyd olunduğu kimi, Mərkəzi Bank rəqəmsal texnologiyaların tətbiqi məsələlərinə də diqqət yetirir. Rəqəmsal texnologiyaların mikromaliyyələşdirmə sektorunda, həmçinin ümumilikdə maliyyə sektorunda tətbiqi bizim strategiyamıza daxil edilmişdir. Biz informasiya təhlükəsizliyinin təmin olunmasına və kibertəhlükəsizlik problemlərinin adekvat idarə edilməsinə xüsusi önəm veririk. Bu baxımdan rəqəmsal maliyyə təşəbbüsləri, xüsusi tənzimləmələr, açıq bankçılıq, rəqəmsal identifikasiya və kibertəhlükəsizlik təşəbbüslərini əhatə edən ayrıca fəaliyyət planı strategiyamıza daxil edilib", - deyə T.Əliyev bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.