Badamdar qəsəbəsi, Nurəddin Paşayev küşəsində paylayıcı su borusunda qəza baş verib.
Senzor.az bildirir ki, bu barədə İri Şəhərlərin Burləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
“Bu səbəbdən suyun həmin əraziyə verilişində müvəqqəti fasilə yaranıb. Xidmətin əməkdaşları qəzanın aradan qaldırılması işlərini görürlər. Qısa zaman ərzində suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək”, - deyə qurumdan bildirilib.