İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb
FOTO

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.

 

Senzor.az bildirir ki, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bununla bağlı uğurlar arzulayan Şarl Mişel bu tədbirdə iqlim dəyişmələri ilə əlaqədar vacib qərarların qəbul ediləcəyinə ümidvarlığını ifadə etdi.

 

O, Avropa İttifaqının gündəliyində də iqlim dəyişmələrinin prioritet və vacib mövzulardan biri olduğunu dedi.

 

Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olundu.

 

Dövlət başçısı Prezident Şarl Mişelin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində oynadığı vasitəçilik rolunun yüksək qiymətləndirildiyini qeyd edərək vurğuladı ki, məhz onun vasitəçiliyi dövründə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin strukturu və vacib istiqamətlər üzrə gündəliyi formalaşıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.