COP29-da iştirak üçün ölkəmizdə səfərdə olan Belçika Krallığının Baş naziri Aleksandr De Kro Belçikanın Azərbaycandakı səfiri Julyen De Fraypont ilə Bakı bulvarında idman edib.
Senzor.az bildirir ki, səfir Fraypont bununla bağlı öz “X” hesabında fotolar paylaşıb.
“Bakı bulvarında səhər tezdən Baş nazir Aleksandr De Kro ilə qaçış”, - deyə səfir yazıb.