Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) dördüncü günündə Mavi Zonada müxtəlif təşkilatların tədbirləri davam edir.
Hazırda İqlim Ədalətini Tələb Etmək üçün Qlobal Kampaniya (DCJ) tədbir keçirir:
Hazırda Gənclərin rəhbərlik etdiyi İqlim Forumu "Sağlamlıq və təhsildə bərabərliyin müdafiəsi üzrə Dialoq: İqlim fəaliyyətində gənclər və uşaqların rolu" mövzusunda mandatlı tədbir keçirir:
"AbibiNsroma" Fondu Şərqi və Cənubi Afrikada iqlim problemləri ilə bağlı tədbir təşkil edib:
Paralel olaraq, Avropa Birliyi də tədbir keçirir:
Bundan öncə isə Avropa İqlim Fondunun tədbiri baş tutub:
"Transformasiya adaptasiyası daxil olmaqla uyğunlaşma və dəstək üçün monitorinq, qiymətləndirmə və öyrənmə sistemləri üzrə Nayrobi iş proqramı" adlı mandatlı tədbir keçirilir:
"ProVeg e.V. & EIT Food" "Qida üzrə fəaliyyət: Qadınların, gənclərin və yerli xalqların səsinin ucaldılması" mövzusunda tədbir keçirir:
LCIPP Bilik Sahiblərinin İllik Toplantısının II hissəsi "Tərəflər və digər maraqlı subyektlərlə dialoq" mövzusuna həsr olunub:
Abibiman Fondu Afrikada iqlim problemləri ilə bağlı mətbuat konfransı keçirib:
Hazırda "WWF International" "Bir şey verilməlidir: Dövlət maliyyəsi, özəl maliyyə və iqlim dəyişikliyi" mövzusunda mətbuat konfransı keçirir:
Hazırda İqlim Fəaliyyəti Şəbəkəsi növbəti mətbuat konfransını keçirir:
"350.org" "Ədalətli enerji keçidi üçün sadəcə maliyyə" mövzusunda tədbir təşkil edib:
Ana Yerin Sağlamlığı Fondu (HOMEF) mətbuat konfransı keçirir:
Həmçinin, mandatlı tədbirlər qismindən iqlim maliyyəsi üzrə 6-cı yüksəksəviyyəli nazirlər dialoqu keçirilir.
Dünya Müqayisəli Analiz Alyansı "Neft və qaz keçidlərinin maliyyələşdirilməsi" mövzusunda mətbuat konfransı keçirir:
Paralel olaraq Milli Uyğunlaşma Planlarının həyata keçirilməsi üçün Maliyyə nazirlikləri və Ətraf Mühit nazirlikləri arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı tədbir keçirilir.
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) dördüncü günündə Mavi Zonada müxtəlif təşkilatların tədbirləri davam edir.
Hazırda IAC "Sıfır karbon gələcəyi qurmaq: Sıfır karbonlu şəhərlər və adalar üçün qiymətləndirmə standartları" mövzusunda mətbuat konfransı keçirir:
BMT Baş katibinin dürüstlük məsələlərinin qiymətləndirilməsi üzrə yüksəksəviyyəli tədbirində qeyri-dövlət təşkilatlarının xalis sıfır emissiya öhdəlikləri üzrə yüksəksəviyyəli ekspert qrupunun işi müzakirə olunur:
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) dördüncü günündə Mavi Zonada müxtəlif təşkilatların tədbirlərinə start verilib.
Hazırda ORAU "Peru Amazonunda yerli müdafiəçiləri qorumaq üçün tədbirlər" mövzusunda mətbuat konfransı keçirir:
İqtisadiyyat Nazirliyi və Ümumdünya Ticarət Təşkilatının (WTO) birgə təşkilatçılığı ilə Maliyyə, İnvestisiya və Ticarət Gününün (Climate FIT Day) açılışı keçirilir. Tədbirin açılış sessiyasında İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) təqdim olunacaq. Tədbir mediaya qapalıdır.