
İsrail Hərbi Hava Qüvvələri “Iron Beam” raket hücumlarından müdafiə lazer sistemini istifadəyə verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yeni silah ordunun sərəncamına verilməzdən əvvəl müxtəlif təhdidlərə qarşı silsiləvi sınaqlardan uğurla keçib, raketləri, minaatan mərmilərini və pilotsuz uçuş aparatlarını uğurla dəf edib.
Müdafiə Nazirliyinin məlumatına görə, “Iron Beam” İsrail Hərbi Hava Qüvvələrinə inteqrasiya ediləcək və İsrailin çoxsəviyyəli hava hücumlarından müdafiə sisteminə “Iron Dome”, “David's Sling” və “Arrow” sistemlərinə əlavə kimi daxil ediləcək.