
Böyük Britaniya ABŞ-ın İran obyektlərinə qarşı zərbələr endirməsi üçün Britaniya bazalarından istifadə etməsinə razılıq verib.
BBC xəbər verir ki, Britaniya hökuməti daha əvvəl də ABŞ qüvvələrinə Britaniya maraqlarına və vətəndaşların həyatına təhlükə yarada biləcək İran raket hücumlarının qarşısını almaq məqsədilə bu bazalardan istifadə etməyə icazə vermişdi. Lakin bu gün keçirilən iclasda nazirlər ABŞ-ın Britaniya bazalarından istifadəsinin əhatə dairəsini genişləndirərək, Hörmüz boğazında gəmilərin qorunmasını da bura əlavə ediblər.
Buna baxmayaraq, Böyük Britaniyanın zərbələrdə birbaşa iştirak etməyəcəyi bildirilib.