Xankəndidə bayram konserti atəşfəşanlıqla başa çatdı
VİDEO

Xankəndi şəhərində Novruz və Ramazan bayramları münasibətilə konsert proqramı təşkil olunub.

 

Senzor.az Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, Zəfər meydanında keçirilən tədbir sakinlərlə yanaşı turistlərin də böyük marağına səbəb olub.

 

Konsert proqramında tanınmış müğənnilər çıxış edərək müxtəlif musiqi nömrələri təqdim ediblər. Tədbir Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub.

 

Gecənin sonunda təşkil olunan möhtəşəm atəşfəşanlıq bayram əhval-ruhiyyəsini daha da yüksəldib, şəhərdə unudulmaz mənzərə yaradıb.

 

Qeyd edək ki, bu kimi tədbirlər bölgədə ictimai-mədəni həyatın canlanmasına və sakinlərin asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə verir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.