
ABŞ yaxın günlərdə Yaxın Şərqə daha bir neçə min dənizçi və dəniz piyadası göndərməyi planlaşdırır.
Bu barədə NBC məlumatlı mənbələrə istinadla xəbər yayıb.
Qeyd olunub ki, ən azı 2 200 dəniz piyadasından ibarət 11-ci Dəniz Ekspedisiya Bölməsinin yaxın günlərdə San Dieqodan Yaxın Şərqə göndərilməsi gözlənilir. Mənbələrin bildirdiyinə görə, bu yerləşdirmə əvvəlcədən planlaşdırılandan daha tez həyata keçirilir.
O da bildirilir ki, şəxsi heyət “USS Boxer” amfibiya hücum gəmisində yerləşdiriləcək. Əməliyyat çərçivəsində qoşunların daşınması üçün daha iki gəminin də cəlb olunacağı vurğulanıb.