Əhməd Əl Şaraa: Suriya regional münaqişəyə cəlb olunmaqdan qaçmağa çalışır

Suriya Prezidenti Əhməd Əl Şaraa Yaxın Şərqdəki müharibə fonunda ölkəni münaqişədən qorumaq istəyini bəyan edib.

 

"Al Arabiya" xəbər verir ki, bu barədə o, Dəməşqdə Prezident sarayındakı çıxışında bildirib.

 

"Biz addımlarımızı son dərəcə dəqiqliklə hesablayırıq və Suriyanı hər hansı münaqişədən qorumaq üzərində işləyirik. Suriya son 15 il və hətta daha çox müddət ərzində həmişə münaqişələr və ixtilaflar meydanı olub, lakin bu gün o, regional və beynəlxalq səviyyələrdə bütün qonşu ölkələrlə harmoniya içindədir", - Suriya Prezidenti qeyd edib.

 

O əlavə edib ki, Suriya ərəb dövlətləri ilə tam həmrəylik nümayiş etdirir.

 

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.