Türkiyə və Oman liderləri İranın bölgədəki ABŞ bazalarına hücumlarını müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman Sultanı Heysem Bin Tariq ilə telefon danışığı aparıb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

 

Qeyd olunub ki, liderlər Türkiyə-Oman ikitərəfli münasibətlərini və regional məsələləri müzakirə ediblər.

 

R.T.Ərdoğan İrana qarşı hücumlar və ardınca İranın bölgədəki qardaş ölkələrə hücumlarının regionu əvvəllər bənzəri görülməmiş bir təhlükəsizlik böhranı ilə üz-üzə qoyduğunu deyib. O, Omana qarşı hücumları da qəbuledilməz hesab etdiyini nəzərə çatdırıb.

 

Prezident Ərdoğan Türkiyə olaraq mövcud vəziyyətdə belə vasitəçilik daxil diplomatik təşəbbüslərdən əl çəkmədiklərini, bu səylərin davam edəcəyini vurğulayb.

 

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.