
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimində iştirak edəcək.
Senzor.az bildirir ki, bunu bayram namazından sonra jurnalistlərə açıqlamasında Allahşükür Paşazadə deyib.
O qeyd edib ki, ötən gün Gürcüstan səfirliyində olub: "Orada başsağlığı verdim. II İliya mənim dostum olub. Ermənistan məsələsində o mənim yanımda olub. Allah ona rəhmət eləsin".
Xatırladaq ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında müalicə aldığı xəstəxanada vəfat edib. O, martın 22-də Sioni Kafedralında dəfn olunacaq.