ABŞ Prezidentinin xüsusi nümayəndələri
MOSKVAYA SƏFƏRLƏRİNİ TƏXİRƏ SALDILAR

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşner Rusiyayay planlaşdırılan səfərlərini təxirə salıblar.

 

"Axios" nəşri xəbər verir ki, Ukrayna və Avropa İttifaqının Moskva üçün vahid təklif üzərində razılığa gəlmə məsələsi həllini tapana qədər səfərin yeni tarixi müəyyənləşdirilməyəcək.

 

Nəşrin həmsöhbəti Stiven Uitkoff və Cared Kuşnerin kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaqla hədələdikləri barədə məlumatı da təkzib edib. Onun sözlərinə görə, Mayamidə keçirilən danışıqlar zamanı ABŞ Prezidentinin xüsusi nümayəndələri Ukrayna tərəfinə Vaşinqtonun hələ də güclü tərəfdaş olduğunu xatırladıblar. Buna görə də Kiyev ABŞ istehlakçılarına zərər vuracaq addımlar atmamalıdır.

 

Eyni zamanda, "New York Times" qəzetinin yazdığına görə, ABŞ-ın  Moskvanı müvəqqəti atəşkəsə razı sala biləcək üç təklifi var. Bunlara Rusiyanın milyardlarla dollar dəyərində dondurulmuş aktivlərinin açılması, LUKOIL şirkətindəki payların amerikalı və Yaxın Şərq investorlarından ibarət qrupa satılması, eləcə də Belarusun kalium gübrələri ixrac etməsinə icazə verilməsi daxildir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.