Bu gün Ukraynada ölümlə nəticələnən partlayış baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Dneprdə avtomobilin partlaması nəticəsində 2 nəfər ölüb. Hüquq -mühafizə orqanları hadisəni terror hücumu kimi qiymətləndiriblər.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin "Facebook"da yaydığı məlumatda deyilir: “Dneprdə partlayış baş verib. Saat 10: 30-a olan məlumata görə, maşında bir kişi və bir qadının olduğu müəyyən edilib. Hadisə yerində tapılan sənədlərdən qurbanların kimliyi artıq müəyyən edilib. Hadisə ilə əlaqədar Ukrayna Cinayət Məcəlləsinin 258 -ci maddəsi (terror aktı) üzrə cinayət işi başlanıb".