
29 ölkənin xarici işlər nazirləri İranı öz ərazilərində və tərəfdaş dövlətlərdə təxribatlarda, kiberhücumlarda və digər hibrid əməliyyatlarda ittiham ediblər.
Senzor.az Böyük Britaniya hökumətinə istinadən bildirir ki, qurum rəhbərləri birgə bəyanat yayıblar.
Bəyanatı Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Böyük Britaniya və ABŞ imzalayıblar.
Nazirlər İranın sentyabrın 27-də Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin "RAF Fairford" aviabazasında baş vermiş hadisəyə aidiyyəti ilə bağlı Böyük Britaniyanın gəldiyi nəticələri qəbul etdiklərini bəyan ediblər.
"İranın və ya hər hansı digər dövlətin maraqları naminə düşmənçilik fəaliyyəti həyata keçirən şəxslər müəyyən ediləcək və məsuliyyətə cəlb olunacaqlar. İran bizim suverenliyimizi qorumaq, beynəlxalq koordinasiyanı və milli dayanıqlığı gücləndirmək, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və təqsirkarları məsuliyyətə cəlb etmək baxımından birliyimizə və qətiyyətimizə şübhə etməməlidir", - nazirlər vurğulayıblar.
Qeyd edəlk ki, sentyabrın sonunda "RAF Fairford" aviabazası yaxınlığında ehtimal olunan sui-qəsdlə əlaqədar terror cinayətləri törətməkdə şübhəli bilinən beş nəfər saxlanılıb.