Polşa Baş nazirinin qətlinə çağırış edən
DAHA BİR NƏFƏR HƏBS OLUNDU

Polşa polisi Böyük Polşa voyevodalığının Oborniki şəhərində hökumət başçısı Donald Tuskun qətlinə səsləyən 46 yaşlı ölkə vətəndaşını həbs edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Polşa hökumətinin mətbuat katibi Adam Şlapka məlumat yayıb.

 

"Dünən polis Oborniki şəhərində internet vasitəsilə Polşa hakimiyyəti nümayəndələrinin, o cümlədən Baş nazir və Seymin spikerinin öldürülməsinə açıq çağırışlar etməkdə şübhəli bilinən 46 yaşlı kişini saxlayıb", - deyə A.Şlapka "X" sosial şəbəkəsində yazıb.

 

Qeyd edək ki, bu, D.Tusk və Polşanın digər aparıcı siyasətçilərinə ünvanlanan hədələrlə bağlı son günlər ərzində həyata keçirilən ikinci belə həbsdir. Daha əvvəl, oktyabrın 11-də hökumət rəhbərinə və müdafiə naziri Vladislav Kosinyak-Kamışa təhdid mesajları göndərməkdə şübhəli bilinən 60 yaşlı kişi saxlanılmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.