Kiprin iki icmasının liderləri arasında görüş olacaq:
BMT BAŞ KATİBİNİN TƏŞƏBBÜSLƏRİ MÜZAKİRƏ EDİLƏCƏK

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman adanın yunan hissəsinin lideri Nikos Xristodulides ilə görüşəcək.

 

Senzor.az bildirir ki, görüş BMT sülhməramlılarının nəzarətində olan bufer zonasında keçiriləcək.

 

Görüşün məqsədi BMT-nin Baş katibi Antonio Quterreşin iyul ayında adaya səfəri zamanı elan etdiyi yeddi təşəbbüs işığında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparmaqdır.

 

ŞKTC lideri əvvəllər Lefkoşanın BMT Baş katibinin yeddi təşəbbüsündən altısını dəstəklədiyini bildirmişdi. “Biz dialoq naminə danışıqlara deyil, məhsuldar görüşlərə diqqət yetiririk”, - deyə Erhürman vurğulayıb.

 

Quterreşin Kiprlə bağlı təşəbbüslərinə bufer zonasının minalardan təmizlənməsi, yeni nəzarət məntəqələrinin açılması, təbii fəlakətlərə və qanunsuz miqrasiyaya cavab vermək üçün ortaq mexanizmlərin hazırlanması daxildir. Ayrıca bir təşəbbüs QHT-lərlə işləmək üçün koordinasiya strukturunun yaradılması ilə bağlıdır.

 

Bundan əlavə, birgə idman tədbirlərinin təşkili və qarışıq nikahlardan doğulan uşaqların Aİ vətəndaşlığı hüququnun tanınması ideyası da irəli sürülüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.