
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Senzor.az bildirir ki, spiker Sahibə Qafarovanın sədrlik etdiyi iclasın gündəliyinə "Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu"nun təsdiqi və Azərbaycanla Qırğızıstan arasında iki saziş və bir müqavilənin ratifikasiyası daxil olmaqla ümumilikdə 13 məsələ daxildir.