Qadın futbolçulardan ibarət Əfqanıstan millisi ölkədən qaçıb.
Bu barədə Pakistanın İnformasiya naziri Favad Çaudri "Daily Sabah"a açıqlamasında bildirib.
O, idmançıların Əfqanıstan - Pakistan sərhədindəki "Torham" keçid məntəqəsində olduqlarını bildirib. Çaudri oyunçuların Pakistan Futbol Federasiyası tərəfindən qəbul edildiklərini də sözlərinə əlavə edib.
“Report” xatırladır ki, "Taliban"ın hakimiyyəti ələ keçirməsindən sonra Avstraliya Əfqanıstandakı bir neçə futbolçunu təxliyə edib.