Kürdəmirdə qardaş bacısını qətlə yetirib.
AzərTAc xəbər verir ki, hadisə bu gün saat 17 radələrində şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində rayon sakini Şıxəliyev Xəyal Təbriz oğlu üç uşaq anası olan 35 yaşlı bacısı Nəsirova Dilarə Təbriz qızına çoxlu sayda bıçaq xəsarəti yetirib. Ağır xəsarətlər alan yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.
Mərhumun cəsədi müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Mərhumun nənəsi Şərqiyə Şıxəliyevanın dediyinə görə, Dilarə bir neçə gün idi ki, onlara qonaq gəlmişdi. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Xəyal Şıxəliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.