Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı - MALİYYƏ PROBLEMİ?

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbəri olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb.
 
Qaynarinfo-nun məlumatına görə, mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə probleminin yaranması olub. Mərkəz insan psixikası, davranış, psixodiaqnostika, təlim və müalicə sahəsində ödənişli əsaslarla fəaliyət göstərib.  
 
Pandemiya dövründə ölkədə qapanmaların olması səbəbindən qurumda ciddi maliyyə problemləri yaranıb. Nəticədə əksər əməkdaşlar, psixoloqlar bu təşkilatla yollarını ayırıblar.
 
Məsələ ilə bağlı sayta açıqlama verən Səməd Seyidov Siyasi Psixologiya Mərkəzinin bağlandığını dolayısı ilə təsdiq edib: "Vallah pandemiya dövründə ölkədə heç bir mərkəz normal işləyə bilməzdi. Bu barədə çox danışa bilmirəm, sükan arxasındayam, avtomobil idarə edirəm”.
 
Qeyd edək ki, Səməd Seyidov Siyasi Psixologiya Mərkəzini 2016-cı ildə təsis edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.