Perm Universitetinə silahlı basqın edən şəxs öldürüldü - YENİLƏNİB, FOTO/VİDEO

Perm Dövlət Milli Araşdırma Universitetinə silahlı hücum edərək 8 nəfəri qətlə yetirən və 28 nəfərin xəsarət almasına səbəb olan Timur Bekmansurov öldürülüb.
 
Xəbəri Gazeta.ru yayıb.
 
Bildirilir ki, hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin əməkdaşları silahlı basqını həyata keçirən şəxsi yaralayıblar.
 
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Artıq Rusiya Federasiyası İstintaq Komitəsi qanlı olayla əlaqədar “İki və ya daha çox adam öldürmə” maddəsi ilə cinayət işi açıb.
 
Universitetin ərazisində təcili tibbi yardım xidmətinin əməkdaşları və əməliyyatçılar işləyirlər. 
 
Bir az öncə məlum olub ki, universitetə silahlı basqın həyata keçirən şəxsin internetdə fotosu və hadisədən bir neçə dəqiqə əvvəl sosial şəbəkə hesabında etdiyi paylaşım yayılıb.
 
Yazı “VKontakte” sosial şəbəkəsi üzərindən paylaşılıb.
 
Timur Bekmansurov adlı istifadəçi yazdığı statusda qeyd edib ki, o, törətdiyi cinayəti çoxdan həyata keçirmək niyyətində olub: 
“İllər keçdi və başa düşdüm ki, arzuladığım işi etmək zamanı yetişib”.
 
Timur Bekmansurov 10-cu sinifdən etibarən odlu silah əldə etmək məqsədi ilə pul topladığını yazıb: “2021-ci ilin mart ayında silah almaq üçün lazım olan pulu toplayıb bitirdim. 18 yaşım tamam olandan sonra isə lisenziya almaq üçün tələb olunan prosedurlara başladım”.
 
**12:08

Perm Dövlət Milli Araşdırma Universitetində baş vermiş silahlı insident nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb.

Məlumatı TASS yayıb. 

Rusiya İstintaq Komitəsinin məlumatına görə, travmatik silahdan atəş açan şəxs adıçəkilən ali məktəbin tələbəsi olub və o saxlanılıb. Komitədən bildirilib ki, həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs yaralanıb.
 
**11:27

Rusiyanın Perm şəhərində yerləşən Perm Dövlət Universitetinin ərazisində atəş səsləri eşidilib.

Bu barədə “İnterfax” məlumat yayıb.
 
Məlumata görə, təcili tibbi yardım xidmətindəki mənbə bildirib ki, şəxsiyyəti hələ məlum olmayan kişi universitetin ərazisinə girərək tələbə və müəllimlərə atəş açıb, ölən və yaralananlar var.

“Haber Global” isə hadisə nəticəsində 3 nəfərin öldüyü, 4 nəfərin isə yaralandığı barədə xəbər yayıb.
 
Məlumata görə, silah səsləri tələbələr arasında təlaşa səbəb olub. Bir neçə tələbə özünü pəncərədən  atıb.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.