Goranboyda qudasını maşınla qəsdən vurub öldürən şəxsə cinayət işi açıldı - YENİLƏNİB

Goranboy rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
 
Senzor.az bildirir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib.
 
Bildirilib ki, sentyabrın 22-i saat 14 radələrində 1966-cı il təvəllüdlü Fərrux Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə Goranboy Rayon Prokurorluğuna məlumat daxil olub.
 
Aparılan araşdırmalarla zərərçəkmişin qohumu, 1956-cı il təvəllüdlü Əmiraslan Nağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı idarə etdiyi “Niva” markalı avtomobillə Fərrux Qasımovun üzərinə sürməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Əmiraslan Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, Ə.Nağıyev Vətən müharibəsi şəhidi, gizir Vüsal Nağıyevin atasıdır. Hadisə zamanı dünyasını dəyişən F.Qasımov şəhidin qayınatası olmaqla yanaşı, eyni zamanda da dayısıdır.
 
**22:36 (22.09.2021)


Goranboy rayonunda yerli sakin qətlə yetirilib.

 
"Report"un məlumatına görə, 1966-cı il təvəllüdlü Fərrux Qasımov qəsdən “Niva” markalı avtomobillə vurularaq öldürülüb. 
 
Hadisəni törətməkdə şübhəli bilinən Goranboy rayonunun Buzluq kənd sakini, 1956-cı il təvəllüdlü Əmraslan Nağıyev saxlanılıb.
 
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
Qeyd edək ki, F.Qasımovla Ə.Nağıyev qudadırlar.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.