Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan "Azərbaycan Hava Yolları" (AZAL) şirkətinin "Airbus A320" təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.
Senzor.az AZAL-a istinadən bildirir ki, sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək: “Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək".