Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 43 yaşlı Rauf Məmmədovun idarə etdiyi "166" yükdaşıma xidmətinə məxsus "Mercedes" markalı iritutumlu yük maşınına Kürdəmir istiqamətində hərəkətdə olarkən arxadan "Mercedes" markalı digər avtomobil çırpılıb.
Nəticədə minik maşınında olan sərnişinlərdən 3 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.