Lənkəranda yanacaqdoldurma məntəqəsinə maskalı basqın - XƏSARƏT ALAN VAR

Lənkəran rayonunda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın ediblər.
 
“Report”un verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Girdəni kəndində qeydə alınıb.
 
Məlumata görə, basqınçılar üç nəfər olub. Onlardan biri əlində kustar üsulla hazırlanmış kəsici-deşici alətlə dispetçer otağına soxulub və pulları qarət etmək istəyib. Yanacaqdoldurma məntəqəsinin digər əməkdaşı yoldaşına kömək edərək pulların qarət olunmasına mane olub. Nəticədə tərəflər arasında dava düşüb. Bu zaman Girdəni kənd sakini, 1983-cü il təvəllüdlü Amid Şakir oğlu Kərimov baş, əl və qarın nahiyəsindən bıçaq xəsarətləri alıb. Yaralı Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb.
 
Basqın edən şəxslər isə hadisə yerindən qaçaraq uzaqlaşıblar. Onların kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
 
Faktla bağlı araşdırma aparılır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.