Gürcüstanın Batumi şəhərinin 26 May küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında çökmə baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, əraziyə xüsusi texnika, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Binanın yaxınlığında olan bir neçə avtomobil dağıntılar altında qalıb.
Şahidlərin sözlərinə görə, çökmədən öncə partlayış səsi eşidilib.
Son məlumata görə, dağıntılar altından ikisi uşaq olmaqla 4 nəfər çıxarılıb.
Həmin şəxslər xəstəxanaya çatdırılıblar.
Dağıntılar altında 20-yə yaxın insanın qaldığı bildirilir.
Batumi meriyasının məlumatına əsasən, çökmüş blokda 15 ailə yaşayıb.