Batumidə binanın çökməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb -
3 NƏFƏR SAXLANILDI

Batumidə binanın uçması nəticəsində dağıntıların altında qalan daha bir azyaşlının meyiti çıxarılıb.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla da hadisə nəticəsində həlak olanların sayı 5 nəfərə çatıb.
 
Hazırda dağıntıların altında ikisi və ya üçü azyaşlı olmaqla 10 nəfərin qaldığı ehtimal edilir. Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında qonaqların da olması ehtimalına görə, dağıntıların altında konkret neçə nəfərin qaldığını deməyin çətin olduğunu bildirib.
 
Bu arada məlum olub ki, yaşayış binasının çökməsi ilə bağlı aparılan istintaq çərçivəsində 3 nəfər saxlanılıb.
 
Həmin şəxslərin biri binanın birinci mərtəbəsindəki mənzilin sahibidir.
 
İstintaqla müəyyən edilib ki, həmin mənzildə təmir işləri aparılıb və təhlükəsizlik qaydaları kobud şəkildə pozulub.
 
Saxlanılan şəxsləri 2 ildən 10 ilədək həbs gözləyir.
 
Xatırladaq ki, dünən Batuminin 26 May küçəsində yerli vaxtla saat 12:00 radələrində yeddimərtəbəli yaşayış binasının bir hissəsi çöküb. Axtarış-xilasetmə işlərinə 300-dək xilasedicinin cəlb edildiyi bildirilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.