Goranboyda ölümlə və xəsarətlə nəticələnən ağır avtomobil qəzası olub.
"Report"un məlumatına görə, hadisə Xanqərvənd ərazisində qeydə alınıb.
3 avtomobilin toqquşmadan sonra Pərvin Rəfi oğlu Abbasov və ailəsinin olduğu avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı 35 yaşlı P.Abbasov ölüb. Onun həyat yoldaşı, habelə övladları - 2017-ci il təvəllüdlü Abbaslı Abbas Pərvin oğlu, 2015-ci il təvəllüdlü Kamalə Abbasova, 2013-cü il təvəllüdlü Seval Abbasova isə yaralanıblar. Onlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Qəzada daha 1 nəfərin də xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.