Bakı-Qazax magistralının Goranboy rayon ərazisindən keçən hissəsində mikroavtobus aşması nəticəsində ölənlərin sayı artıb.
"Report"un məlumatına görə, dünyasını dəyişənlər Mahmudova Nərgiz, Şahverdiyev Lətif və Həsənova Rənadır.
Şahverdiyev Lətif və Həsənova Rəna qəzadan sonra Gəncədəki xəstəxanalardan birində vəfat ediblər.
Qeyd edək ki, mikroavtobusun sərnişinləri Şəmkirdə təsərrüfat sahəsində çalışan fəhlələr olub, onlar Yevlaxa qayıdan zaman qəzaya uğrayıblar.
20:15
Bakı-Qazax magistralının Goranboy rayon ərazisindən keçən hissəsində mikroavtobus aşması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.
Məlumata görə, xəsarət alanların bir qismi Gəncə və Yevlaxda yerləşən dövlət və özəl xəstəxanalara yerləşdirilib.
Yaralıların adlarını təqdim edirik:
Şahverdiyev Sabit Lətif oğlu (1997)
Şahverdiyev Lətif (1971)
Əsgərov Elşad Abdulla oğlu (1972)
Həsənov Telman Mehman oğlu (1996)
Həsənova Rəna Kaman qızı (1956 )
Mahmudov Ayxan Eyvaz oğlu (2004)
Əkbərov Aytən Hüseyn qızı (1988)
Ağayeva Gülarə Çərkəz qızı (1976)
Mahmudova Xəzəngül Xaliqverdi qızı (1978)
Bəşirova Rəna Camal qızı (1999)
Əkbərova Aytən Hüseyn qızı (1988)
Əkbərov Əbülfət Hidayət oğlu (1971)
Nağıyeva Aidə (1964)
və onun həyat yoldaşı Nağıyev Fərrux (1956).
Hadisə yerində bir qadın dünyasını dəyişib.
19:36
Bakı-Qazax magistralının Goranboy rayon ərazisindən keçən hissəsində mikroavtobus aşıb.
"Report"un məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı ölən və bir neçə xəsarət alan var. Yaralılar təcili tibbi yardım maşını ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.