Ermənistanda üç əsgərin ölümünə görə post komandiri də saxlanıldı HƏRBÇİLƏRİ QƏTLƏ TƏHRİK ETMƏKDƏ ŞÜBHƏLİ BİLİNİR

Ermənistanın cənubunda üç hərbçinin ölümü ilə əlaqədar olaraq döyüş postunun komandiri saxlanılıb.
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
 
Xatırladaq ki, avqustun 19 -da, saat 01: 30 radələrində Azərbaycanla sərhədin cənub -şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda əsgər Qor Saakyan, Leon Arutyunyan və Murad Muradyanın meyitləri tapılıb. Onlar güllə yarasından ölüblər. Ölənlərin hamısı 2002 -ci il təvəllüdlüdür.
 
Həmin gün İstintaq Komitəsi onların xidmət yoldaşı A.X.-nı qətldə şübhəli bilərək saxlayıb. İstintaq hərəkətləri zamanı döyüş postunun komandirinin hadisədə iştirakı məlum olub. O, hərbçiləri qətlə təhrik etməkdə, habelə başqa hərbçiyə qarşı zorakı cinsi hərəkətlərdə şübhəli bilinərək saxlanılıb.
 
Hərbi qulluqçu A.X.-ya isə ittiham elan olunub və o, həbs edilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.