Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
Bununla bağlı FHN məlumat yayıb.
Əlavə məlumat veriləcək.
**14:56
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yanğın hadisəsi barədə məlumat daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.
İlkin məlumata əsasən, göstərilən ünvanda hasarın alkopandan ibarət üzlüyü yanır.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib ki, yanğınla əlaqədar hazırda Heydər Əliyev prospektində metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.