Rusiyada azərbaycanlı bıçaqlanaraq qətlə yetirilib.
APA-nın məlumatına görə, hadisə Moskva şəhərində yerləşən "Fud siti" bazarında qeydə alınıb.
Öldürülən şəxsin Şəmkir rayonunun Yeni Həyat kənd sakini, 1991-ci il təvəllüdlü Quliyev Rasim Rüfət oğlu olduğu bildirilib.
Araşdırma zamanı məlum olub ki, 30 yaşlı R.Quliyevi həmkəndlisi - 28 yaşlı Həsənov Sabir Camal oğlu qətlə yetirib. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, qətlə yetirilən R.Quliyev ailəli idi, 3 övladı var.