İtaliyada Milan şəhəri yaxınlığında yerləşən poçtun çeşidləmə mərkəzinin əməkdaşları içərisində Roma Papası Fransiskə ünvanlanmış 3 güllənin olduğu zərf aşkar ediblər.
“Report” xəbər verir ki, zərfdə Vatikandakı maliyyə əməliyyatlarına dair müraciət olub. Məktub karabinerlər tərəfindən müsadirə edilib, polis araşdırmaya başlayıb.
ANSA agentliyi zərfin Fransadan göndərildiyini yazıb.