Əfqanıstanda xalq mahnılarının tanınmış ifaçısı Fəvad Andarabi şənbə günü radikal "Taliban" hərəkatının silahlıları tərəfindən öldürülüb.
Bu barədə bazar günü müğənninin yaxınlarına istinadən “Times Now” telekanalı məlumat yayıb.
Telekanalın verdiyi məlumata görə, musiqiçi Bağlandakı evindən çıxarılaraq güllələnib.
Müğənninin oğlu məlumatı təsdiqləyib. Andarabi mahnılarında “Taliban”ın əleyhdralarına dəstək verirmiş...
“Taliban”ın bir çox liderləri Andarabinin ifalarını "İslama zidd" hesab edirlər.