
İyulun 15-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 21-26°, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət isə gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 35-38°, bəzi yerlərdə 40°, dağlarda gecə 14-18°, gündüz 24-29° isti olacaq.